HƏMAS üç mərhələdə tam və davamlı atəşkəs üçün təklif olunan razılaşma çərçivəsini qəbul edib.
Fələstin İnformasiya Mərkəzi yazıb: “Qəzza zolağına hər gün yardım və yanacaq daşıyan ən azı 500 yük maşınının girişi, həmçinin, məcburi köçkünlərin yerləşdirilməsi üçün 60 min prefabrik ev və 200 min çadır idxalı birinci mərhələdə HƏMAS-ın şərtləri arasındadır.
HƏMAS-ın digər şərtləri arasında Qəzza zolağının, iqtisadi obyektlərin və ictimai infrastrukturun tikintisi və yenidən qurulması planının 3 il müddətində hazırlanması da yer alır.
HƏMAS təklif edib ki, birinci mərhələdə israilli əsir qadın, uşaq, qoca və xəstələr azad edilsin və bu mübadilə 1500 fələstinli əsirin, o cümlədən həbsə və uzunmüddətli cəzalara məhkum edilmiş 500 məhbusun və bütün qadınların, uşaqların və qocaların azad edilməsini əhatə edir və Qətər, Misir, Amerika, Türkiyə və Rusiya müqavilənin icrasına zəmanət versin.
Sizin rəyiniz